AZ

Mirzoyan: “İranla münasibətlər strateji əhəmiyyət daşıyır”

Dünən İranın xarici işlər nazirinin müavini Məcid Təxt-Rəvançi İrəvana səfər edib.

"Cebheinfo.az" ISNA-ya istinadən xəbər verir ki, səfər çərçivəsində o, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.

Görüş zamanı Ararat Mirzoyan bildirib ki, Ermənistan qonşusu və dostu İranla münasibətlərə böyük əhəmiyyət verir.

Onun sözlərinə görə, bu əlaqələr ölkəsi üçün strateji xarakter daşıyır.

Nazir qeyd edib ki, İran Prezidenti Məsud Pezeşkian və Ermənistanın Baş naziri Nikol Paşinyan bu il iki ölkə arasında münasibətlərin rəsmi olaraq strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması ilə bağlı razılığa gəliblər.

"Cebheinfo.az"

Seçilən
48
1
cebheinfo.az

2Mənbələr