AZ

Joan Laporta transferi təsdiqlədi

Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Hilal”ın futbolçusu Joao Kanselo karyerasını İspaniyada davam etdirəcək.

Msport.az xəbər verir ki, o, “Barselona”ya keçməyə razılaşıb.

Bu barədə Kataloniya klubunun prezidenti Joan Laporta açıqlamasında bildirib: “Kanselo gəlib tibbi müayinədən keçəcək. O, bizimlə olacaq. Bu, Dekunun daha bir uğurudur. Bu bazarda oyunçu transfer etmək həmişə çətindir, amma idman direktorumuz əla iş gördü”.

“Blaugrana” portuqaliyalı müdafiəçini cari mövsümün sonuna qədər “Əl-Hilal”dan icarəyə götürüb. Kataloniya nəhəngi oyunçu uğrunda mübarizədə “İnter”ə qalib gələ bilib.

Qeyd edək ki, Joao Kanselo artıq bir dəfə – 2023/24 mövsümündə icarə əsasında “Barselona”da oynayıb.

Seçilən
7
msport.az

1Mənbələr