Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev ABŞ-nin Venesuelada keçirdiyi əməliyyatdan və ölkə prezidenti Nikolas Maduronun oğurlanmasından sonra Vaşinqtonun Rusiyanın Ukraynadakı hərəkətlərinin legitimliyini tanımalı olduğunu bildirib.
Redaktor.az xəbər verir ki, o, bu fikirləri özünün teleqram kanalında paylaşıb.
Medvedevin sözlərinə görə, ABŞ “sadəcə olaraq Rusiyanın xüsusi hərbi əməliyyat (XHO) çərçivəsində atdığı addımların hüquqi əsaslarını tanımalıdır”.
Bundan əlavə, o qeyd edib ki, ABŞ-nin həm hakim Respublikaçı, həm də müxalif Demokrat Partiyasını təmsil edən siyasi elita nümayəndələri Rusiyanın Ukrayna siyasətini tənqid etməyi dayandırmalıdır.
Aytəkin TOFİQQIZI