Aparıcı qlobal neft şirkətləri Venesuela iqtisadiyyatına ən azı 100 milyard dollar sərmayə qoymağa hazırdırlar.
Qaziler.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “TruthSocial” sosial media platformasında elan edib.
O, əlavə edib ki, bu genişmiqyaslı sərmayənin təfərrüatlarını müzakirə etmək üçün Ağ Evdə həmin korporasiyaların nümayəndələri ilə görüşəcək.
“Ən azı 100 milyard dollar böyük neft şirkətləri tərəfindən investisiya qoyulacaq və mən onların hamısı ilə bu gün Ağ Evdə görüşəcəyəm”, - Ağ Ev rəhbəri qeyd edib.
QAZİLER.AZ