AZ

DTX xarici ölkəyə işləyən silahlı şəxsi saxlayıb

Bakı.Trend:

Xarici xüsusi xidmət orqanlarının Azərbaycan Respublikasınınmilli təhlükəsizliyinə yönələn kəşfiyyat-pozuculuq fəaliyyətininaşkar edilərək qarşısının alınması istiqamətində DövlətTəhlükəsizliyi Xidməti tərəfindən davam etdirilənəməliyyat-istintaq tədbirləri zamanı Azərbaycan Respublikasınınvətəndaşı, 1969-cu il təvəllüdlü Fərzəliyev Siyafət Heydər oğlunundövlətə xəyanət etməsinə əsaslı şübhələr yaranıb.

Trend xəbərverir ki, bu barədə DTX məlumat yayıb.

Bildirilib ki, araşdırmalarla müəyyən edilmişdir ki, NaxçıvanMuxtar Respublikasının sakini Siyafət Fərzəliyev xarici ölkəərazisində olarkən həmin dövlətin xüsusi xidmət orqanınınnümayəndələri tərəfindən maddi maraq müqabilində məxfi əməkdaşlığacəlb edilmiş, ölkəyə qayıtdıqdan sonra onların tapşırığı əsasındaNaxçıvan şəhəri və Şahbuz rayonu ərazilərində yerləşən hərbi vədigər strateji əhəmiyyətli obyektlərin videoçəkilişlərini apararaqxarici xüsusi xidmət orqanının nümayəndələrinə təqdim etmişdir.

Həmçinin qeyd olunan şəxsin yaşadığı mənzilə baxış keçirilərkənoradan “Kalaşnikov” tipli avtomat silahının ayrı-ayrı hissələriaşkarlanaraq götürülmüşdür.

Siyafət Fərzəliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, doyüşsursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasınavermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 274-cü (dövlətəxəyanət) maddələri ilə məsuliyyətə cəlb olunaraq, məhkəmənin qərarıilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davametdirilir.

Məqalədə:
Seçilən
83
49
az.trend.az

10Mənbələr