525.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Kiyevdə avtomobildə rus mahnıları səsləndirən 3 ukraynalı qız saxlanılıb.
525.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, onlar xırda xuliqanlıqda ittiham olunublar.
21, 22 və 24 yaşlı 3 qız Kiyevin mərkəzində avtomobil idarə edərkən yüksək səslə rus mahnıları səsləndiriblər və sonradan görüntüləri sosial şəbəkələrin birində paylaşıblar. Geniş auditoriya qazanan paylaşımdan sonra polis qızların kimliyini müəyyənləşdiiərib və məlumatları
Təhlükəsizlik Xidmətinə ötürüb. Gerisi isə məlumdur.
Yeri gəlmişkən, bənzər hadisə ötən ilin noyabrında Odessadakı gecə klublarından birində də baş vermişdi. Rus mahnısı səsləndirilən gecə klubunun "play list"i polisin müdaxiləsi ilə dəyişdirilmişdi.
L.Tağıyeva
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.