AZ

“Nikol katalikosu “xristian sevgisi ilə” yola salmağa çalışır” HƏRBİ EKSPERT

Gununsesi portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ermənistanın baş naziri Nikol Paşinyan 2018-ci ildə rəqibi Serj Sarkisyanı rahatlıqla vəzifədən uzaqlaşdırdı.

Amma eyni addımı erməni epostol kilsəsinin birinci iyerarxı, bütün ermənilərin ali patriarxı və katolikosu II Qaragünə Ktriç Nersisyana) münasibətdə ata bilmir.

Nikol çox çalışır, katalikosu “təxribat olmadan” və “xristian sevgisi ilə” yola salsın. N.Paşinyanın katalikosa qarşı əsas “silahı” onun zinakar olmasından və həm əhalini, həm də Allahı aldatmasından ibarətdir.

Hikol faktlarla sübut edir ki, evlənməməyə and içən Ktric Nersisyan evlənib və övladı da var.

Beləliklə Paşinyanın qarşısında yalançı və zinakar subay katalikos aylardır davam gətirir. Əslində əhalini və Allahı aldatmaq Ermənistanda nadir rast gəlinən hadisə deyil, buna görə bu mövzu bizim üçün mənasız ola bilərdi.

Amma erməni apostol kilsəsinin terror yuvası olduğunu və onun rəhbəri II Qaragünün daim Azərbaycana qarşı silahlı mübarizədə yaxından iştirak etdiyini nəzərə alaraq Ermənistan hakimiyyətinə bir neçə təklifim var:

Ermənistan yeni Konstitutsiya qəbul edəcək. Yeni konstitutsiyada kilsə, zinakar din xadimləri və “Allahı və əhalini aldatmaq” məsələsinə aid yeni məhdudlaşdırıcı bənd əlavə edilsin.

Adı çəkilən biabırçı məsələlərin Ermənistanın cinayət məcəlləsinə salınması üçün parlament qərar qəbul etsin.

Əgər bu prosedurlar II Qaragünün həbsi üçün uzun zaman tələb edərsə, o zaman katalikosa qarşı “Dövlət sirrinin Kilsədə yayılması”, “vəzifəsdən sui istifadə” və “kilsədə zorlama” maddəsi ilə cinayət işi açsınlar, 4- 5 ay onu təcridxanada saxlayıb üzr videosunu yaysınlar.

Qalan proseslər yağ kimi gedəcək..

Ədalət Verdiyev

Hərbi ekspert

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
48
icma.az

1Mənbələr