Frsansa Superkubukunun dünən baş tutan final oyununda "Olimpik Marsel"i oyunsonrası penaltilərlə məğlub edərək (2:2, penaltilərlə 4:1) titula yiyələnən PSJ-nin baş məşqçisi Luis Enrike fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, onun sözlərini Paris klubunun rəsmi saytı belə çatdırıb:
"Finala çıxanda insanın ürəyində emosiya burulğanı ayaranır. Komandanın həmişəki kimi yaxşı oynadığını düşünmürəm. Çətin idi. Rəqibimiz özünü yaxşı tərəfdən göstərdi. Buna baxmayaraq, son dəqiqəyədək mübarizə apardıq. Deyərdim ki, penalti seriyası bizim üçün talisman oldu!
Çox xoşbəxtik. Bu qələbə bizim azarkeşlərimiz üçün olduqca önəmlidir".
Nihat