AZ

Hacı Əliyev: İnsan yenidən güləş xalçasına çıxmaq istəyir

Bakı, 9 yanvar, AZƏRTAC

Azərbaycan çempionatda medal qazanan yunan-Roma güləşçilərini təbrik edirəm. Sərbəst növdə mübarizə aparacaq idmançılara isə uğurlar arzulayıram.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Güləş Federasiyasının sərbəst güləş üzrə koordinatoru Hacı Əliyev deyib.

Veteran güləşçi ölkə çempionatının onda nostalji hisslər oyatdığını bildirib: “İlk dəfə Azərbaycan çempionatında iştirak etməyim yadıma düşür. 2010-cu ildə böyüklər arasında təşkil olunan yarışda birinci olmuşdum. Bundan sonrakı illərdə də titula yiyələnmişdim. İnsan yenidən xalça üzərinə çıxmaq istəyir. İndi biz öz yerimizi gənclərə vermişik. Onlara uğurlar qazanmaq üçün dəstək olmaq istəyirik”.

Qeyd edək ki, güləş üzrə Azərbaycan çempionatı yanvarın 11-də başa çatacaq.

Seçilən
24
2
azertag.az

3Mənbələr