"Qarabağ"ın Çempionlar Liqasındakı növbəti rəqibi "Ayntraxt"dır.
İnsanları ən çox maraqlandıran suallardan biri də görüşün hansı kanalda yayımlanacağıdır.
"Köhlən atlar"ın son iki oyunu "İctimai TV" tərəfindən canlı təqdim edilmişdi.
Offsideplus.az-ın əldə etdiyi məlumata görə, budəfəki oyunu "CBC Sport" kanalı azarkeşlərə nümayiş etdirəcək.
Qeyd edək ki, "Qarabağ" - "Ayntraxt" oyunu yanvarın 21-də, Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.