AZ

5 ştatdan Tramp administrasiyasına qarşı məhkəmə iddiası

ABŞ-də beş ştat, uşaqlara və ailələrə yönəlmiş sosial təminat fondlarının dondurulması səbəbilə Donald Tramp administrasiyasına qarşı məhkəmə iddiası qaldırıb. 

"Cebheinfo.az" xəbər verir ki, "ABC News" -un xəbərinə görə, Demokrat Partiyasının idarə etdiyi Kaliforniya, Kolorado, Minnesota, İllinoys və Nyu-York ştatlarının baş prokurorları Tramp administrasiyasına qarşı Nyu-York Cənub Dairə Məhkəməsində iddia qaldırıblar. 

Baş prokurorlar fondların dondurulması qərarını “konstitusiyaya zidd səlahiyyət sui-istifadəsi” kimi qiymətləndiriblər. Onlar məhkəmədən Tramp administrasiyasına fondların dondurulmasını dayandırmaq və vəsaitləri azad etmək barədə göstəriş verməsini tələb ediblər. 

Nyu-Yorkun baş prokuroru Letitia Ceyms bildirib: 

“Ən həssas ailələr bu Tramp administrasiyasının xaos və intiqam kampaniyasının yükünü daşıyır”. Kaliforniya baş prokuroru Rob Bonta isə qeyd edib ki, Tramp administrasiyası tərəfindən dondurulan sosial fondların təxminən yarısı ştatdakı proqramları dəstəkləyir. 

ABŞ hökuməti bu həftə beş ştatı əhatə edən Uşaq Qayğısı və İnkişafı, Ehtiyaclı Ailələr üçün Müvəqqəti Yardım və Sosial Xidmətlər Blok Qrantı fondlarını dondurub. Dondurulan bu sosial təminat fondları, adıçəkilən ştatlarda uşaqlara və aşağı gəlirli ailələrə dəstək məqsədilə nəzərdə tutulmuş proqramların federal maliyyələşdirilməsini təmin edirdi. 

Seçilən
39
cebheinfo.az

1Mənbələr