AZ

Ərdoğan Suriyada baş verən prosesləri yaxından izləyir - Təhlükəsizlik mənbələri

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada baş verən prosesləri yaxından izləyir.

Missiya.Az xəbər verir ki, bu barədə Türkiyə Təhlükəsizlik qüvvələrinə yaxın mənbələr məlumat yayıb.

Bildirilib ki, əvvəldən prosesi yaxından izləyən Ərdoğanın təlimatlarına uyğun olaraq, Milli Kəşfiyyat Təşkilatı (MİT) hadisələri dinc yolla həll etmək üçün Suriya hökuməti və ABŞ ilə davamlı olaraq danışıqlar aparır. Bundan əlavə, lazımi mesajlar müvafiq kanallar vasitəsilə Suriya Demokratik Qüvvələrinə (SDQ) çatdırılır.

“Bu kontekstdə Ərdoğan hər an inkişaflardan məlumatlandırılır və bölgədə baş verən hər bir hadisə ətraflı şəkildə ona bildirilir. Planlaşdırma Ərdoğanın təlimatlarına uyğun olaraq həyata keçirilir. Bundan əlavə, Xarici İşlər Nazirliyi və Milli Müdafiə Nazirliyi ilə tam koordinasiyada, Türkiyənin təhlükəsizlik prioritetləri kontekstində inkişaflar çoxşaxəli şəkildə izlənilir. MİT əməkdaşları isə günün 24 saatı növbədədir və inkişafları yaxından izləyir”, - deyə vurğulanıb.

Daşqın HəsənovMissiya.Az

Seçilən
30
missiya.az

1Mənbələr