AZ

Los-Anceles–London reysi zamanı sərnişinlərin ayaqları SINDI

Ajans.az xəbər verir ki,bu barədə məlumatı The Sun yayıb. Kapitanın açıqlamasına görə, turbulentlik təyyarə Qrenlandiya üzərindən uçarkən, təhlükəsizlik kəmərinin işığı söndükdən təxminən 20 dəqiqə sonra başlayıb və 10–15 dəqiqə davam edib. Təyyarədə hərəkət edən sərnişinlər və heyət üzvləri xəsarət alıb. Sərnişinlərin sözlərinə görə, təyyarə qəfildən əyilib və yan tərəfə hərəkət etməyə başlayıb. Bəzi sərnişinlər, o cümlədən tualetdən çıxan bir sərnişin ayaq biləyini sındırıb, digər sərnişin isə vəziyyətin gərginliyi səbəbindən huşunu itirib.

Kapitan əvvəlcə Kanada və ya İslandiyada təcili eniş etməyi planlaşdırsa da, nəticədə təyyarə London Hitrou hava limanına enib. Yaralı sərnişinlərin hamısı xəstəxanaya yerləşdirilib.

Seçilən
29
Ajans.az

1Mənbələr