AZ

Lvova “Oreşnik” raketi ilə hücumun videosu yayılıb

Reyting.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Rusiya ordusunun Ukraynanın Lvov bölgəsindəki bir obyektə “Oreşnik” ballistik raketi ilə hücumunu əks etdirən video yayılıb.

Reyting.az xəbər verir ki, görüntüləri yerli kanallar təqdib ediblər.

Videoda bir sıra yüksək və ardıcıl partlayışlar göstərilir.

Hücum hədəfin yaxınlığındakı CCTV kameraları tərəfindən qeydə alınıb.

Rusiya tərəfi bildirir ki, “Oreşnik” raket sistemi Ukrayna ordusunun prezident Vladimir Putinin Valdaydakı iqamətgahına edilən hücuma cavab olaraq Lvovdakı vacib infrastruktur obyektini məhv edib.

Xatırladaq ki, Ukrayna tərəfi Rusiya liderinin iqamətgahına hücum barədə iddiaları əvvəlcədən rədd edib.

Lvov meri Andrey Sadovyi bildirib ki, Rusiya tammiqyaslı müharibənin başlanğıcından bəri ilk dəfə şəhəri saatda 13.000 kilometr sürətlə uçan ballistik raketlə vurub.

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa beynəlxalq ictimaiyyəti Rusiyanın Ukraynaya qarşı “Oreşnik” ballistik raketindən istifadəsinə qlobal reaksiya verməyə çağırıb.

V. QULİYEV

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
reyting.az

1Mənbələr