AZ

Yəmənin Cənub Keçid Şurası özünü buraxdı

Yəmənin Cənub Keçid Şurası özünü buraxdı

Ölkənin cənub əyalətlərinin ayrılmasını müdafiə edən Yəmənin Cənub Keçid Şurası (STC) rəsmi olaraq ləğv olunduğunu və bütün strukturlarının fəaliyyətini dayandırdığını elan edib.

AFN.az “Əl-Ərəbiyyə” telekanalına istinadən xəbər verir ki, bu barədə təşkilatın bəyanatında bildirilib.

“Biz Cənub Keçid Şurasının, onun bütün əsas və köməkçi orqanlarının və təsisatlarının ləğvini və həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə bütün ofislərinin bağlanmasını elan edirik. Həmçinin, Səudiyyə Ərəbistanı Krallığının himayəsi altında cənub qüvvələrinin ümumi konfransına hazırlaşaraq Cənubun ədalətli məqsədlərinə çatmaq niyyətimizi bəyan edirik”, – deyə bəyanatda qeyd edilir.

Seçilən
3
afn.az

1Mənbələr