AZ

"Şəfa" digər hücumçusunu da yola salır - SON DURUM

1-ci Liqanın lideri "Şəfa"nın gələcək planlarına daxil olmayan daha bir futbolçunun adı bəlli olub.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, rəhbərlik iranlı hücumçu Əmir Ebrahimzade ilə vidalaşmaq qərarına gəlib.

Mövsümün əvvəlində Bakı təmsilçisinə transfer olunan, lakin arzulanan performansla diqqət çəkməyi bacarmayan 21 yaşlı forvarda özünə yeni iş yeri tapmaq tövsiyyə olunub. Hazırda bu yöndə danışıqlar davam etdirilir.

21 yaşlı Ebrahimzade "Şəfa"da olduğu yarım mövsüm ərzində 4 qolla yadda qalıb.

Daha öncə paytaxt klubunun digər hücumçusu Amil Yunanovla da əməkdaşlığa son qoymağı planlaşdırdığı bəlli olmuşdu.

Nihat

Seçilən
14
1
fanat.az

2Mənbələr