
İranın Ali Lideri Ayətullah Əli Xameneyi ABŞ prezidenti Donald Trampı ABŞ-ın daxili işlərinə diqqət yetirməyə çağırıb.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, Xameneyi bu barədə Tehranda əhalinin müxtəlif təbəqələrinin nümayəndələri ilə görüşdə danışıb.
“Dünən gecə Tehranda bir qrup vandal ABŞ prezidentini razı salmaq üçün öz ölkələrinə məxsus bir binanı dağıtdı. Əgər o, buna qadirdirsə, qoy öz ölkəsini idarə etməyə diqqət yetirsin”, – deyə Xamenei bildirib.
Onun çıxışı İslam Respublikasının dövlət televiziyası tərəfindən yayımlanıb.
Qeyd edək ki, Tramp etirazçılara qarşı zor işlədiləcəyi təqdirdə ABŞ-ın “İranı vuracağını” bəyan edib.