
Rusiya qoşunları Ukraynanın Zaporojye vilayətinin Zelenoye kəndini nəzarətə götürüb.
Missiya.Az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, kənd "Vostok” qüvvələr qrupunun bölmələri tərəfindən ələ keçirilib.
Qeyd olunub ki, Rusiya ordusu düşmənin müdafiəsinin dərinliyinə doğru irəliləməyə davam edir.
Daşqın HəsənovMissiya.Az