AZ

BMT 2028-ci ilədək Azərbaycanda inflyasiya səviyyəsinin aşağı düşəcəyini proqnozlaşdırır

Bakı. Trend:

2026-cı ildə Azərbaycanda inflyasiya səviyyəsi 2025-ci ildəki5,6 faizdən 4 faizə enəcək.

Trend xəbər verirki, bu barədə BMT-nin hesabatında qeyd olunur.

Təşkilatın proqnozlarına görə, ölkədə istehlakçı inflyasiyasıazalmağa davam edəcək və 2027-ci ildə 3,5% səviyyəsində olacaq.

Əvvəlki illərlə bağlı olaraq, hesabat göstərir ki, Azərbaycandainflyasiya aşağıdakı səviyyələrdə olub:

2003–2017-ci illərdə 12,9%

2018-ci ildə 2,3%,

2019-cu ildə 2,6%,

2020-ci ildə 2,8%,

2021-ci ildə 6,7%,

2022-ci ildə 13,9%,

2023-cü ildə 8,8%,

2024-cü ildə 2,2%.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə,2025-ci ilin noyabr ayında 12 aylıq inflyasiya 5,5% təşkil edib.Xüsusilə, ərzaq məhsulları, spirtli içkilər və tütün məmulatlarıüzrə illik inflyasiya 7,1% qeydə alınmış, qeyri-ərzaq məhsullarınınqiymətləri isə 2,5% artmışdır. Bu dövrdə ödənişli xidmətlər üzrəillik qiymət artımı 5,7% olub. Tənzimlənən qiymətlər və kəndtəsərrüfatı məhsullarının mövsümi qiymət dəyişkənlikləri nəzərəalınmadan hesablanmış illik baza inflyasiyası noyabrda 4,8% təşkiledib.

Məqalədə:
Seçilən
54
2
az.trend.az

3Mənbələr