AZ

Kiyevdə yarım milyondan çox insan işıqsız qalıb » AzadMedia.az


Ukraynanın paytaxtı Kiyevdə 500 mindən çox abonent elektrik enerjisiz qalıb. Bu barədə Ukraynanın baş naziri Yuliya Sviridenko Telegram kanalında məlumat yayıb.
Onun sözlərinə görə, yarımstansiyaların, elektrik xətlərinin və generasiya obyektlərinin zədələnməsi səbəbindən şəhərin bəzi rayonlarında həm elektrik, həm də su təchizatında fasilələr yaranıb. Hazırda 500 mindən çox istehlakçının yenidən elektriklə təmin olunması üçün işlər aparılır. Temperaturun aşağı düşməsi isə fövqəladə və saatlıq elektrik kəsintilərinin müddətinə təsir göstərir.
Sviridenko əlavə edib ki, Çerniqov vilayətində də 3 minə yaxın abonent hələ də işıqsızdır. Bundan başqa, Ukraynanın əksər vilayətlərində bəzi yaşayış məntəqələrində elektrik kəsintiləri qeydə alınır.
Məlumata görə, yanvarın 9-na keçən gecə Kiyevdə bir neçə partlayış baş verib. Bildirilib ki, paytaxta şimal və şərq istiqamətlərindən pilotsuz uçuş aparatları ilə kütləvi hücum edilib. Kiyev meri Vitali Kliçko isə partlayışlardan sonra şəhərdə kritik infrastrukturun zədələndiyini, bunun da su və elektrik təchizatında problemlərə səbəb olduğunu açıqlayıb.
Seçilən
33
1
azadmedia.az

2Mənbələr