AZ

“Azərbaycanda İranla məşğul olan institutlar olmalıdır”

“İranda baş verən hadisələr önəmlidir. Biz xalqın etirazını bəzən yanlış qiymətləndiririk. Dəqiq bilməliyik ki, xalq niyə ayağa qalxıb. Həqiqətən xalq mollalardan, yoxsa devalvasiyadan, kasıblıqdan bezib?”

 

Pravda.az xəbər verir ki, bu barədə Ağ Partiyanın sədri Tural Abbaslı Müsavat Tv-yə danışıb.

 

O bildirib ki, İranda hakimiyyətin ideoloji bazası var: “İslam dininin şiəlik qolu üzərində qurulan baza var. Bu bazaya isə milyardlarla pul xərclənilib. İstər-istəməz insanlara da təsir göstərir. Unutmayaq ki, bu rejimdə doğulan, böyüyən, ideologiyaya inanan insanlar var. Bu məsələləri bir-birindən ayırmalıyıq. Azərbaycanda İranla məşğul olan siyasi araşdırma institutları olmalıdır. Təəssüf ki, kifayət qədər yoxdur. Çünki qonşuyuq, soydaşlarımızdır və birbaşa sərhədimizdədir. İran birinci nəyəsə cəhd etsə Azərbaycandan başlayacaq. Ona görə İranı detallı analiz etməliyik, problemləri peşəkar müzakirə etməliyik. Dərinliyə getməliyik. Hazırda İranda Xamenei rejiminin ayaqda qalmasının əsas bazası türklərdir. Nə farslar, nə ərəblər, nə də kürdlərdir. Mənə elə gəlir, Pezeşkianın da bu məsələlərdə mövqeyi etirazçılarla uyğundur. Bu barədə də çıxışı var ki, pulumuz yoxdur, inflyasiya var, dolayısı ilə odun üstünə yanacaq atdı ki, bu rejim bizi bu günə gətirib. 30 ildir, yürüdülən siyasəti ehtiyatlı formada vurmaqla məşğuldur. Ancaq inanmıram ki, Xamenei qaçar. Düşünürəm İranın demokratikləşməsi önəmlidir, rejimin dəyişməsi yaxşı olardı. Çünki hazırkı bizə düşmən rejimdir”.

 

Şəhanə Quliyeva

Tarix: 9 Yanvar 2026, 13:59   
Seçilən
20
pravda.az

1Mənbələr