AZ

Manaf Ağayevdən sərt mesaj: “Əgər çatmayıbsa, ona ar olsun”

Müğənni Manaf Ağayev son açıqlamasında həmkarı Aysunla əlaqələri və son hadisələr barədə danışıb.

“Aysun deyib ki, Manaf mənə zəng etməyib, bizdə adət belədir ki, evin kişisi ilə danışmalıyam. Hər gün Fazil müəllimlə danışırdım, hətta elə oldu ki, Fazil bəy bezib mənim zəngimi də açmadı. Amma Rəksanə həbsdən çıxanda mən özüm ona zəng etdim və danışdım.”

Ağayev həmçinin qeyd edib ki, bir dostuna 500 manat verib və həmin vəsaitdən onun adından bazarlıq aparmasını xahiş edib:

“Dostuma dedim ki, onun heç nəyə ehtiyacı yoxdur, amma yenə də mənim adımdan bazarlıq etsin. Buradan da deyirəm ki, ona ar olsun — əgər lazımı yerə çatmayıbsa.”

Seçilən
29
news365.az

1Mənbələr