AZ

Azərbaycan bərpa olunan enerji sahəsində regional liderə çevrilir – Deputat

Bakı. Trend:

Prezident İlham Əliyevin 8 yanvar 2026-cı ildə “Xızı-Abşeron”Külək Elektrik Stansiyasının açılış mərasimində səsləndirdiyifikirlər bir daha göstərdi ki, Azərbaycanın enerji siyasətiuzunmüddətli strateji baxışa, qlobal çağırışlara adekvat yanaşmayavə milli maraqlara söykənir.

Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı AfətHəsənova deyib.

Deputat bildirib ki, bu mühüm layihənin istismara verilməsitəkcə yeni bir enerji obyektinin açılışı deyil, eyni zamandaölkəmizin bərpa olunan enerji sahəsində atdığı ardıcıl vəməqsədyönlü addımların məntiqi nəticəsidir:

“240 meqavat gücündə olan “Xızı-Abşeron” Külək ElektrikStansiyası Azərbaycanın enerji balansında bərpaolunan mənbələrinpayının artırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Prezidentİlham Əliyevin vurğuladığı kimi, bu layihə ölkənin ümumi inkişafınatöhfə verməklə yanaşı, enerji təhlükəsizliyininmöhkəmləndirilməsinə xidmət edir. Xüsusilə qlobal enerjibazarlarında qeyri-müəyyənliyin artdığı bir dövrdə daxili enerjidayanıqlığının gücləndirilməsi strateji üstünlükdür.

Bu stansiyanın inşasında beynəlxalq şirkətlərin iştirakıAzərbaycanın investisiya mühitinə olan yüksək etimadıngöstəricisidir. “ACWA Power” və “Power China” kimi aparıcışirkətlərin ölkəmizdə fəaliyyət göstərməsi, gələcək layihələrdə dəiştirak etmək niyyətləri Azərbaycanın etibarlı tərəfdaş kimitanındığını bir daha təsdiqləyir. Xarici investorlarla qurulan buəməkdaşlıq modeli texnologiyaların transferinə, yeni təcrübələrintətbiqinə və yerli mütəxəssislərin peşəkarlığının artmasına daşərait yaradır”.

Deputat vurğulayıb ki, son illər energetika sahəsində həyatakeçirilən islahatlar nəticəsində Azərbaycan güclü və müasir enerjisisteminə malik ölkəyə çevrilib:

“Generasiya güclərinin əhəmiyyətli dərəcədə artırılması, ötürücüxətlərin və yarımstansiyaların yenilənməsi ölkənin artan tələbatınıtam ödəməyə, eyni zamanda elektrik enerjisinin ixrac imkanlarınıgenişləndirməyə şərait yaradır. Ənənəvi və bərpaolunan enerjimənbələrinin paralel inkişafı isə balanslı və davamlı enerjisiyasətinin əsasını təşkil edir.

Prezident İlham Əliyevin çıxışında diqqət çəkən mühümməqamlardan biri də Azərbaycanın bərpaolunan enerji potensialınıncoğrafi baxımdan genişliyidir. Ölkənin demək olar ki, bütünbölgələrində Günəş və külək enerjisi layihələrinin reallaşdırılmasımümkündür. Xüsusilə Xəzər dənizinin külək potensialı gələcəkdəAzərbaycanın regional və qlobal enerji bazarlarında rolunu daha dagücləndirə bilər.

Eyni zamanda, azad edilmiş Qarabağ və Şərqi Zəngəzurərazilərində yaradılan “yaşıl enerji zonası” konsepsiyasıpostmünaqişə dövrünün mühüm inkişaf istiqamətlərindən biridir. Qısamüddət ərzində onlarla kiçik su elektrik stansiyasının inşaedilməsi həmin ərazilərin həm enerji təminatını, həm də iqtisadidirçəlişini sürətləndirir. Bu yanaşma ekoloji cəhətdən təmiz vədayanıqlı inkişaf modelinin uğurla tətbiq olunduğunu göstərir”.

A.Həsənova əlavə edib ki, bərpaolunan enerji istehsalınınartması enerji saxlanması infrastrukturunun da inkişafını zəruriedir:

“Bu baxımdan ölkəmizdə ilk dəfə Batareya Enerji SaxlancSisteminin yaradılması gələcəyə hesablanmış mühüm addımdır. Bu cürlayihələr enerji sisteminin çevikliyini və etibarlılığını daha daartıracaq.

Nəticə etibarilə, “Xızı-Abşeron” Külək Elektrik Stansiyasınınaçılışı Azərbaycanın enerji strategiyasında yeni mərhələninbaşlanğıcı kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyevinmüəyyənləşdirdiyi kurs ölkəmizi təkcə enerji istehsalçısı deyil,eyni zamanda bərpaolunan enerji sahəsində regional liderə çevirməkməqsədi daşıyır. Bu siyasət Azərbaycanın uzunmüddətli inkişafına,ekoloji təhlükəsizliyinə və qlobal enerji təhlükəsizliyinə verdiyitöhfənin bariz nümunəsidir”.

Məqalədə:
Seçilən
104
2
az.trend.az

3Mənbələr