AZ

Tramp: Venesuelaya ikinci hücum dalğasını ləğvi etmişəm

Venesuelanın ‘Sülhə nail olmaq’ təşəbbüsü çərçivəsində siyasi məhbusları azad etməsi çox vacib və ağıllı jestdir.

APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” səhifəsində paylaşım edib.

O bildirib ki, ABŞ və Venesuela xüsusilə neft və qaz infrastrukturunun daha böyük, daha yaxşı və daha müasir formada yenidən qurulması ilə bağlı yaxşı əməkdaşlıq edirlər.

“Bu əməkdaşlıq sayəsində əvvəlcə gözlənilən ikinci hücum dalğasını ləğv etmişəm, bu dalğanın artıq lazım olmayacağı görünür. Buna baxmayaraq, təhlükəsizlik və qorunma məqsədilə bütün gəmilər öz yerlərində qalacaq”, - Tramp bildirib.

Prezidentin sözlərinə görə Amerika şirkətlərini Venesuelanın neft, qaz sektoruna iri sərmayə qoymağa təşviq edəcək:

“İri neft şirkətləri tərəfindən ən azı 100 milyard dollar investisiya qoyulacaq və bu gün mən həmin şirkətlərin rəhbərləri ilə Ağ Evdə görüşəcəyəm”.

Seçilən
23
5
apa.az

6Mənbələr