İranda baş verən etirazlarda xarici dövlətlərin əli var.
Ölkə.az İran KİV-inə istinadən xəbər verir ki, bu barədə İranın ali lideri ayətullah Əli Xamenei bu gün dövlət televiziyasında çıxışında bildirib.
"İran etirazlar qarşısında geri çəkilməyəcək. İslam Respublikası xaricilərə xidmət edilməsinə yol verməyəcək", - deyə o qeyd edib.
İranın ali lideri ayətullah Əli Xamenei bir neçə dəqiqədən sonra ölkədə davam edən etirazlarla bağlı çıxış edəcək.
Ölkə.az xəbər verir ki, bu barədə xarici KİV İran dövlət televiziyasına istinadən məlumat yayıb.
Digər təfərrüatlar verilmir.
Bu gün İranda yeni etiraz dalğasının başladığı xəbərləri yayılmışdı. Səhər minlərlə insan paytaxtın küçələrinə axın edib.(Report)