Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Balıqçılıq və Akvakultura Mərkəzi” publik hüququ şəxsi şişmə plastik hovuzlar alır.
Pravda.az-ın xəbərinə görə, mərkəz bu məqsədlə 98 980 AZN sərf edəcək.
Satışı "Agriasia" MMC edəcək.
Satınalma birbaşa olub, yəni müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.
Cabir
Tarix: 9 Yanvar 2026, 13:28