Bakı. Trend:
Xəbər verdiyimiz kimi, ötən il martın 20-dəitkin düşmüş Qazax rayonunun Aşağı Salahlı kənd sakini, 1994-cü iltəvəllüdlü Tamerlan Sadıqovun qəsdən öldürülməsi müəyyənedilib.
Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, ibtidaiistintaq zamanı Tamerlan Sadıqovun həmkəndlisi, 1988-ci iltəvəllüdlü Xaliq Məmmədrzayev tərəfindən qəsdən öldürülməsinəəsaslı şübhələr müəyyən olunub.
Toplanmış sübutlar əsasında Xaliq Məmmədrzayevə CinayətMəcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksizvəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girovgötürülməsi ilə bağlı adam öldürmə) maddəsilə ittiham elan edilərəkbarəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessualrəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəməninqərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi aidiyyəti üzrə baxılması üçün Gəncə Ağır CinayətlərMəhkəməsinə göndərilib.