AZ

“Mançester Siti” yeni transferini açıqlayıb

Bakı, 9 yanvar, AZƏRTAC

İngiltərənin “Mançester Siti” komandası qanalı futbolçu Antuan Semenyonun transferini açıqlayıb.

AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi ilə 5,5 illik müqavilə imzalanıb.

O, son olaraq "Bornmut" klubunda çıxış edib, bu mövsüm İngiltərə Premyer Liqasında 19 oyunda 9 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

 

 

Seçilən
112
1
azertag.az

2Mənbələr