AZ

Tramp: ABŞ Qrenlandiya ilə NATO arasında seçim edə bilər

ain.az bildirir, Reyting.az portalına istinadən.

ABŞ Qrenlandiya ilə bağlı planlarını həyata keçirmək və NATO-nu qorumaq arasında seçim etmək məcburiyyətində qala bilər.

Reyting.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp “The New York Times” qəzetinə müsahibəsində deyib.

Prioritet Qrenlandiyanı əldə etmək, yoxsa Şimali Atlantika Alyansını (NATO) dəstəkləməkdir, - sualına Tramp birbaşa cavab verməsə də, etiraf edib ki, “bu, bir seçim ola bilər”.

Onun sözlərinə görə, ABŞ-nın aparıcı rolu olmadan NATO təsirsizdir.

ABŞ-nın Qrenlandiyaya nə üçün ehtiyacı olduğunu şərh edən Tramp deyib ki, bu adaya sahib olmaq uğur üçün psixoloji cəhətdən zəruridir.

Nəşrin yazdığına görə, Trampın cavabları göstərir ki, o, suverenliyi və milli sərhədləri ABŞ-nın Qərbin əsas müdafiəçisi kimi xüsusi rolundan daha az vacib hesab edir.

Tramp həmçinin NATO ölkələrini müdafiə xərclərini ÜDM-nin 5 faizinə qədər artırmağa məcbur etdiyini bir daha təkrarlayıb.

N. ORUCOV

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
reyting.az

1Mənbələr