AZ

Azərbaycan Gürcüstanın builki təbii qaz tələbatının 87%-dən çoxunu təmin edəcək

Bu il Gürcüstan 3,34 milyard kub metr həcmində təbii qaz idxal etməyi planlaşdırır.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyindən bildirilib.

Cari il üçün təsdiqlənmiş təbii qaz balansına əsasən, bu həcmin 2,92 milyard kub metrini və yaxud 87,4%-ni Azərbaycan təmin edəcək.

Tədarükün 1 milyard 645,2 milyon kub metri “Şahdəniz” yatağı, 1 milyard 281 milyon kub metri isə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payına düşəcək.

Gürcüstanın Rusiyadan tədarük edəcəyi təbii qazın həcmi isə 400 milyon kub metrə bərabər olacaq, 14,05 milyon kub metr isə daxili istehsalın payına düşəcək.

Qonşu ölkədə 2026-cı ildə istehlak olunacaq qazın həcmi 3,28 milyard kub metr təşkil edəcək ki, bunun da 2,3 milyard kub metri sosial sahənin üzərinə düşəcək. İstilik elektrik stansiyalarının istehlak həcmi 657 milyon kub metr, əhalinin istehlakı isə 1,661 milyard kub metr təşkil edəcək. Kommersiya sektorunun isə təbii qaza illik tələbatının 966,7 milyon kub metr səviyyəsində olacağı gözlənilir. Qaz nəqli zamanı itkilərin təqribən 56 milyon kubmetr təşkil edəcəyi proqnozlaşdırılır.

Seçilən
30
5
apa.az

6Mənbələr