AZ

Tramp Venesuelada böyük neft şirkətlərinin fəaliyyət planlarını açıqlayıb

Ayna saytına istinadən ain.az xəbər verir.

“Artıq böyük neft şirkətləri Venesuelada fəaliyyət göstərəcəklər”

ABŞ Prezidenti Donald Tramp Venesueladakı hərbi əməliyyatın məqsədlərindən birinin qlobal neft qiymətlərini aşağı salmaq olduğunu bildirib. AYNA.AZ xəbər verir ki, bu barədə Tramp “Fox News”a verdiyi müsahibədə deyib.

Amerika lideri qeyd edib ki, “artıq böyük neft şirkətləri Venesuelada fəaliyyət göstərəcəklər”.

Siyasətçinin sözlərinə görə, bu şirkətlər xeyli məbləğ qazanacaqlar, bunlardan bir hissəsi Bolivar Respublikasına, bir hissəsi isə ABŞ-a gedəcək.

Tramp hesab edir ki, ABŞ Venesueladakı hərəkətləri ilə regiona sabitlik gətirib: "Biz sabitlik gətirdik və neft qiymətlərini əhəmiyyətli dərəcədə aşağı saldıq. Bilirsiniz, hazırda benzin bir çox hallarda 1,99 dollardır".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
ayna.az

1Mənbələr