AZ

“Rusiya təkrar hücum etməyəcək” Tramp əmindir

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp, Rusiyanın bir daha Ukraynanı işğal etməyəcəyinə əmindir.

“AzPolitika” xəbər verir ki, Tramp bunu "The New York Times" qəzetinə verdiyi müsahibədə deyib.

Tramp ABŞ-nin Ukrayna üçün gələcək təhlükəsizlik zəmanətlərində iştirakına görə məsuliyyəti öz üzərinə götürməyə hazır olduğunu bildirib.

Tramp, Rusiyanın hər hansı bir atəşkəsi pozub yenidən işğala başlayacağı təqdirdə Ukraynanı müdafiə etmək üçün müharibəyə getməyə hazır olub-olmadığı sualına münasibət bildirib: "Mən qəti şəkildə inanıram ki, onlar bir daha işğal etməyəcəklər, əks halda mən buna (təhlükəsizlik zəmanətlərində iştiraka) razı olmazdım".

ABŞ və müttəfiqlərinin yeni bir işğal halında Ukraynaya hərbi dəstək verməsini tələb edəcək mümkün sülh razılaşması ilə bağlı suala cavab olaraq Tramp ABŞ-nin bu prosesdə rolunun ikinci dərəcəli olacağını deyib: "Gəlin bunu belə deyək: ilk olaraq onun (Ukraynanın) müttəfiqləri, bütün Avropa, sonra iştirak edən digər ölkələr və ABŞ".

O, əlavə edib ki, hələ də Putinin müharibəyə son qoymaq üçün razılığa gəlməyə hazır olduğuna əmindir. Eyni zamanda, Tramp münaqişənin bitməsi üçün konkret vaxt müəyyən etməkdən imtina edib.

ABŞ Prezidenti həmçinin əlavə edib ki, hətta Putin atəşkəsi rədd etməyə davam etsə belə, Ukraynaya ABŞ-nin dəstəyini artıracağına söz vermir.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
azpolitika.info

1Mənbələr