Hondurasın paytaxtı Tequsiqalpada ABŞ-yə yaxınlığı ilə tanınan Mühafizəkar və sağçı Milli Partiyanın millət vəkili Qladis Aurora Lopes Milli Konqres binasına daxil olduğu anda ona tərəf atılan, əl istehsalı partlayıcı olduğu ehtimal edilən bir partlayıcı ilə vurulub.
Lopes hücumda yaralanıb.
"Cebheinfo.az" xəbər verir ki, yayımlanan görüntülərdə partlayıcının birbaşa Lopesə dəydiyi, ətrafın tüstü ilə örtüldüyü və millət vəkilinin kürəyindən və başından yaralanaraq yerə yıxıldığı görünür.
Hadisə yerində yaralanan Lopes təcili olaraq xəstəxanaya çatdırılıb. Rəsmi şəxslər onun vəziyyətinin ağır, lakin stabil olduğunu bildiriblər. Hücumun Honduras Milli Konqresində keçiriləcək iclasdan əvvəl müxalifət tərəfdarları ilə iqtidar partiyası tərəfdarları arasında baş verən qarşıdurmalar zamanı baş verdiyi qeyd olunub.
Lopesin üzvü olduğu Milli Partiya ABŞ-yə yaxınlığı ilə tanınır. Hadisə ölkənin bütün siyasi dairələri tərəfindən sərt şəkildə qınanıb. Şəhər mərkəzində və ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.