Tramp əlavə edib ki, keçmiş prezident Co Bayden Ukraynaya 350 milyard dollar yardım edib, lakin o, bu vəsaiti geri qaytararaq Ukrayna ilə nadir torpaq metalları üzrə "ədalətli" razılaşma imzalayıb.
Ukrayna hökuməti 1 may 2025-ci ildə ABŞ-la mineral resurslar haqqında sənədi açıqlayıb. Razılaşma geniş müzakirələrə səbəb olub, bəzi deputatlar və media nümayəndələri sənədin Kiyevin iqtisadi suverenliyinə təsir edəcəyini vurğulayıblar. Lakin 8 mayda Rada sənədi ratifikasiya edib, 12 mayda isə prezident Zelenski təsdiqləyib.
Razılaşmaya əsasən, Ukrayna yeni mədən lisenziyalarından əldə olunacaq gəlirin 50%-ni ABŞ-la birgə yaradılan investisiya fonduna yatıracaq. İlk 10 il ərzində fond dividend ödəməyəcək, bütün gəlir isə Ukraynada mədənçilik, emal və infrastruktur layihələrinə reinvestisiya olunacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31