AZ

​İranda internetə çıxış məhdudlaşdırıldı

İranda kütləvi aksiyalar zamanı ölkə miqyasında internet kəsilib.
Metbuat.az xəbər verir ki, NetBloksun məlumatına görə, etiraz çıxışları zamanı internetə çıxış kütləvi şəkildə məhdudlaşdırılıb. Məlumata əsasən, internetin bağlanması Tehran media qurumları tərəfindən də təsdiqlənib. Hadisə hökumət əleyhinə aksiyaların daha da genişləndiyi, paytaxt Tehran başda olmaqla ölkənin müxtəlif bölgələrində etirazçıların təhlükəsizlik qüvvələrinin sərt və ölümcül müdaxilələrinə baxmayaraq küçələrə çıxdığı bir vaxta təsadüf edir.

NetBloks bildirib ki, bu kəsinti ölkə üzrə etirazları hədəf alan ardıcıl və artan rəqəmsal senzura tədbirlərinin tərkib hissəsidir. Qurumun açıqlamasında qeyd olunub ki, internetin bağlanması ictimaiyyətin kritik bir məqamda informasiya mübadiləsi və ünsiyyət qurmaq hüququnu ciddi şəkildə məhdudlaşdırır.

Seçilən
8
metbuat.az

1Mənbələr