JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
Sea Breeze

“Embavood” MMC 2024-cü il üzrə maliyyə nəticələrini açıqlayıb. Hesabata əsasən, şirkətin cəmi öhdəliklərində nəzərəçarpacaq azalma müşahidə olunub.

Valyuta.az xəbər verir ki, 2023-cü ilin sonunda 76 milyon 106 min 285,00 manat olan öhdəliklər, 2024-cü ilin sonuna 72 milyon 133 min 814,64 manata enib.

Bu fərq 3 milyon 972 min manat təşkil edir ki, bu da 5,22% azdır.

Hesabat dövründə şirkətin aktivləri də azalıb. 2023-cü ildə 85 milyon 102 min 664,43 manat olan ümumi aktivlər, 2024-cü ilin sonunda 83 milyon 40 min 925,48 manata qədər geriləyib. Müvafiq olaraq, 2,06 milyon manatlıq və ya 2,42% azalma baş verib.

Digər tərəfdən, hesabat dövründə “Embavood”un xalis mənfəəti 2 milyon 281 min 197,34 manat təşkil edib. 2023-cü ildə bu göstərici 433 min 995,20 manat olub. Şirkətin xalis mənfəəti bir il ərzində 1,85 milyon manatdan çox artaraq, 425,6 faiz və ya 5,26 dəfə yüksəlib.

Əsas əməliyyat gəlirləri də 59 milyon 726 min 204,00 manatdan 102 milyon 430 min 54,98 manata çatıb.

2023-cü ildə işçi heyəti üzrə 11 milyon 79 min 33,00 manat xərclənmişdisə, 2024-cü ildə bu məbləğ 12 milyon 164 min 267,10 manata yüksəlib. Artım 1 milyon 85 min manat, faiz ifadəsində isə 9,8% təşkil edir.

JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
ETX
ETX
ETX