Metbuat.az xəbər verir ki Yıldız Tilbe “ Gel Konuşalım” verlişində keçmişə ekskursiya edib. O, çoxuşaqlı ailədə böyüdüyünü bildirib:”Ailədə 6 uşaq olmuşuq. Evin sonbeşiyi mən idim. Uşaq vaxtı çox gözəl olmuşam. Kim məni görübsə, “bu qız nə gözəldir” deyib. Bu üzdən başım çox bəlalar çəkib”.
Sənətçi uşaq olarkən keçirdiyi qəzadan da danışıb:” Bir gün nəfisi güclü olan bir nəfər bizə qonaq gəlib. Məni görəndə gözəlliyimə heyran qalıb. O da “bu qız nə gözəldir” deyib. Həmin gün çaydanı üstümə aşırıb özümü yandırmışam. Deyilənə görə, 6 ay xəstəxanada yatmışam. Elə vəziyyətə düşmüşəm ki, doğma bacı-qardaşlarım məni tanımayıb. Kim nə istəyir düşünsün, mən nəzərə inanıram. Buna görə də üstümdə çörəkotu gəzdirirəm".