AZ

"Deyəcəklər, acından ölürsən?"

Əməkdar artist Yusif Mustafayev ad günü və məclislərlə bağlı maraqlı fikirlər səsləndirib.

Milli.Az xəbər verir ki, müğənni "Qonaqcanlı" verilişində qonaq olarkən ad günlərini dəbdəbəli şəkildə qeyd etməyə qarşı olduğunu bildirib. Onun sözlərinə görə, ailələrində bu məsələ ilə bağlı xüsusi qayda var və ad günləri yalnız ev şəraitində keçirilir:

"Biz ad gününü restoranda keçirmirik. Evdə olur, bütün övladlarım yığışır, yeməkləri özləri bişirirlər. Restoran tutub bir neçə adam çağırmaq mənə uyğun deyil. İnsanlar toy dəvəti alanda belə çətinliklə pul tapır, niyə onları məclisə çağırım?"

Sənətçi əlavə edib ki, böyük məclislər təşkil etməyi özünə yaraşdırmır və bu yanaşmanı nəvələrinin toylarında da tətbiq edib:

"Nəvələrim üçün də böyük toy etməmişəm. Evdə sadə məclis keçirmişik. Hər şey ailə daxilində olub, kirvələr də özümüzük. 'Nəvəmə toy edirəm, gəlin' kimi anlayışlar mənə yaddır".

Yusif Mustafayev bu sözləri ilə dəbdəbəli tədbirlər keçirən bəzi sənət adamlarını da dolayısı ilə tənqid edib.

Hüseyn
Milli.Az

Seçilən
95
1
milli.az

10Mənbələr