AZ

Ağdərə sakini: Artıq köçkünlük dövrü bitir, indi doğma torpaqlarda yeni həyata başlayacağıq

Tərtər, 9 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC

Yurdumuzdan uzun illər ayrı düşsək də, ürəyimiz həmişə o yerlərdə olub. Bu gün yenidən doğma torpaqlarımıza qayıdırıq. Sözlə ifadə oluna bilməyən sevinc hissi keçiririk.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Ağdərənin Çapar kəndinə köç edən keçmiş məcburi köçkün Zülfiyyə Əliyeva deyib.

“Artıq köçkünlük dövrü bitir, indi doğma torpaqlarda yeni həyata başlayacağıq. Buna görə hər zaman şəhidlərimizə borcluyuq. Ali Baş Komandana, Ordumuza minnətdarıq”, – deyə Ağdərə sakini bildirib.

 

 

Seçilən
64
1
azertag.az

2Mənbələr