AZ

Türkiyəli futbolçu premyer-liqada ardıcıl 3-cü oyunda bu ada layiq görüldü

2024-ün yayında 30 milyon avroya ''Fənərbaxça''dan ''Brayton''a yollanan, amma zədə üzündən ilk mövsümdə özünü göstərə bilməyən Fərdi Kadıoğlu bu mövsüm adından söz etdirməyi bacarır.

"Football-plus.az" xəbər verir ki, ağır zədədən qayıtdıqdan sonra isə istedadlı futbolçu almaniyalı mütəxəssis Fabian Hürtselerin vazkeçilməz oyunçularından birinə çevrilib.

Türkiyə yığmasının üzvü son olaraq ''Brayton''un səfərdə ''Mançester Siti'' ilə 1:1 bərabərə qaldığı matçın ən yaxşı oyunçusu seçilib. Bununla da Fərdi ardıcıl 3-cü dəfə premyer-liqada matçın oyunçusu adına layiq görülüb. 26 yaşlı futbolçu bundan öncə ''Vest Hem'' (2:2) və ''Bernli'' (2:0) ilə oyunlarda da bu mükafatı qazanmışdı.

Fərdi Kadıoğlu bu mövsüm ''Brayton''un heyətində 23 qarşılaşmada forma geyib.

Seçilən
24
football-plus.az

1Mənbələr