AZ

BMT: Azərbaycanda inflyasiya 3,5%-ə qədər azalacaq

BMT Azərbaycanda orta illik inflyasiyanı 2025-ci il üçün 3,6 % səviyyəsində müəyyən edib.

"APA-Economics" xəbər verir ki, bu, BMT-nin əvvəlki proqnozu ilə müqayisədə 2% bəndi çoxdur.

BMT həmçinin, 2026-cı il üzrə inflyasiya proqnozunu 3,1 %-dən 4%-ə qaldırıb.

Bununla belə, təşkilat ölkədə inflyasiyanın 2027-ci ildə 3,5%-ə qədər azalacağını gözləyir.

Ümumilikdə, BMT-nin proqnozlarına görə, 2025-ci ildə Qafqaz və Mərkəzi Asiya regionunda inflyasiya əsasən ərzaq qiymətlərinin artması və fiskal xərclərin genişlənməsi fonunda sürətlənib. 2026-cı ildə isə region üzrə inflyasiyanın tədricən zəifləyəcəyi gözlənilir.

Seçilən
14
3
apa.az

4Mənbələr