AZ

Politico: “NATO Trampa qarşı hücuma keçir”

AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “Politico” nəşrinin məlumatına görə, NATO ölkələrinin səfirləri Arktikanın müdafiə xərclərini artırmağı, daha çox hərbi texnika yerləşdirməyi və prezident Trampı regionun təhlükəsizliyinə əmin etmək üçün hərbi təlimlərin sayını genişləndirmək təklifini irəli sürüblər.

Politico: “Aİ Vaşinqtonla sövdələşməyə gedə bilər”
Brüsseldə keçirilən qapalı iclasda alyans diplomatları Qrenlandiyanın gələcəyi barədə ABŞ prezidenti Donald Trampın mövqeyi ilə kompromis axtarmaq lazım olduğu qənaətinə gəliblər. Eyni zamanda, Danimarka rəsmiləri yanvarın 9-da Avropa İttifaqı (Aİ) səfirlərinin görüşündə vəziyyətlə bağlı rəsmi brifinq keçiricəklər.

“ABŞ-nin Danimarkadakı səfiri Yesper Meller Serensen və Qrenlandiyanın Vaşinqtondakı nümayəndəsi Yakob İsbosetsen amerikalı konqresmenlərlə görüşərək mümkün qədər çox parlamentarini Qrenlandiyanın Ağ Ev tərəfindən satın alınmasında maraqlı olmadığına və Danimarkanın heç bir sövdələşməyə getməyəcəyinə inandırmağa cəhd göstəriblər”, - qəzet yazır.

Xatrıladaq ki, mənbələrə istinad edən “Politico” nəşri bundan əvvəl Avropa İttifaqının (Aİ) Qrenlandiyanın statusu ilə bağlı ABŞ-yə güzəştə getməyi nəzərdən keçirdiyini yazmışdı.

Nəşrin məlumatına görə, Brüssel Vaşinqtonun adaya təsirinin genişləndirilməsinin Ukrayna üçün təhlükəsizlik zəmanətləri üçün sövdələşmə predmetinə çevriləcəyi ssenarini nəzərdən keçirir.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
19
2
azvision.az

3Mənbələr