“Bakıda tıxac məsələsinin həlli indiki şərtlərdə mümkün deyil. Demək olar ki, şəhər dolub”.
Bunu “Unikal”a açıqlamasında deputat Fazil Mustafa deyib. O bildirib ki, bölgələrə əhalinin qayıtmasının stimullaşdırılması və geridönüşü məsələsi üzərində işlənilməlidir:
“Bunun üçün isə regionlar inkişaf etməlidir. Artıq regiona qayıdış hər bir kəsin vacib, faydalı və xeyirli saydığı məsələ olmalıdır. Çünki qayıdıb orada da işsiz qalacaqsansa, nəyinə lazımdır geri qayıtsın. Stimullaşdırıcı addımlar atılsa, tezliklə kifayət qədər Bakının yükünün azalmasının şahidi ola bilərdik”.
Anar Kəlbiyev