Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.
Xırdalan şəhərində dayanma-durma qaydasını pozan sürücü hərəkət iştirakçılarına maneə yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə 9 saylı orta məktəbin qarşısında qeydə alınıb. Belə ki, 10-VF-990 qeydiyyat nişanlı "Nissan" markalı avtomobilin sürücüsü öz rahatlığı üçün səkidə parklanma edib. Ətrafdakı insanlar ona irad bildirsə də, heç bir əhəmiyyəti olmayıb. O, "yer yoxdur, harada saxlayım?" deyərək özünə haqq qazandırmağa çalışıb. Lakin məktəbdən bir az kənarda boş ger tapıb piyada gələ bilərdi. Sürücü bunu etməklə öz rahatlığını düşünüb.
Sözügedən videonu təqdim edirik.
Fərid
Oxunub 376
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.