ain.az bildirir, Gununsesi saytına əsaslanaraq.
İranda keçirilən etiraz aksiyaları fonunda bəzi dairələr türklərin passiv mövqedə olduğunu qeyd edir.
Xüsusilə kürdlər və bəlucların silahlandığı bir şəraitdə azərbaycanlıların niyə silahlanmadığı sual olunur.
Gununsesi.info-ya danışan Güney Azərbaycan üzrə araşdırmaçı jurnalist Elman Cəfərli məsələyə belə münasibət bildirib:
“Kürd, bəluc İran adlanan dövləti öz dövləti saymır, ona görə silahlanır. Azərbaycanlılar hansı dövlətdə yaşayırsa, o dövlətə tabe olur, xarici qüvvələrin maşası olmur. Dövlətin dili fars dili olsa da, sütunu türklərdir. Türklər niyə öz dövlətlərini yıxsınlar? Dövləti yıxmaq lazım deyil, sadəcə yeni mərhələyə məxməri keçid etmək lazımdır. Vilayəti fəqih sistemi aradan qaldırılsa, dövlətin legitim təmsilçisi hazırkı prezident Məsud Pezeşkiandır”.
Elman Cəfərli əlavə edib ki, Türk dövlətləri ona dəstək verib hakimiyyətdə möhkəmlənməsinə nail olmalıdır:
“Hər yerdə gərək Trampın, Netanyahunun planı keçə. Bizim də planımız olmalıdır. İranın hazırkı rejimi bizə çox pisliklər edib. Amma post-molla rejimi dönəmində İranda terrora meyilli başqa etnosların at oynatmasına imkan vermək olmaz. 1000 ildir İranı türklər yönəldib, bundan sonra da belə olmalıdır”.
Şəbnəm
Gununsesi.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.