AZ

Kiyevin Oreşnik hücumundan sonra ilk addımı bilindi

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Ukrayna Rusiyanın “Oreşnik” raketləri ilə hücumundan sonra BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırır”.

Globalinfo.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa deyib.

“Avropa İttifaqı (Aİ) və NATO sərhədi yaxınlığında belə bir zərbə Avropa qitəsində təhlükəsizliyə ciddi təhdid və transatlantik icma üçün bir sınaq yaradır. Biz Rusiyanın ehtiyatsız hərəkətlərinə qəti cavab tələb edirik”, – deyə o bildirib.

Nazir əlavə edib ki, “Oreşnik” hücumu qlobal reaksiya tələb edən təhlükəyə çevrilib.

O hesab edir ki, Rusiya tanker donanmasına, eləcə də Moskvanın neft gəlirlərinə, sxemlərinə və aktivlərinə qarşı təkcə Avropa İttifaqında deyil, həm də bütün dünyada daha qətiyyətli addımlar atılmalıdır.

Qeyd edək ki, Rusiya “Oreşnik” raketləri ilə Ukraynada strateji əhəmiyyətli hədəflərə kütləvi zərbələr endirilib.

Əliyar Xəlil

Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
35
globalinfo.az

1Mənbələr