AZ

Nəcəfli Nərimanovun Naxçıvandakı heykəlini niyə sökdürmüşdü?!

Yarıtmaz fəaliyyəti səbəbindən vəzifəsindən kənarlaşdırılan Naxçıvandakı sabiq səlahiyyətli nümayəndə Fuad Nəcəfli yalnız idarəçilikdəki bacarıqsızlığı ilə deyil, eyni zamanda özbaşına, təkəbbürlü və şəxsi münasibətlər üzərində qurulan qərarları ilə də uzun müddət müzakirə mövzusuna çevrilib. Onun bu qəbildən olan qərarlarından biri də 2023-cü ilin aprel ayında Naxçıvan şəhərinin mərkəzində ucaldılmış Nəriman Nərimanovun abidəsini sökdürməsi olub.

Vətəninfo.az-ın rəsmi mənbəsinin bildirdiyinə görə, Nəcəfli bu addımı atarkən açıq şəkildə “Nərimanov xalqımızın düşmənidir və mən onu sevmirəm” deyərək söküntü ilə bağlı aidiyyəti qurumlara israrlı və şifahi tapşırıqlar verib. Bu isə bir daha göstərir ki, söhbət nə dövlət qərarından, nə də ictimai rəyin nəzərə alınmasından gedir — burada şəxsi mövqe dövlət iradəsinin yerinə qoyulub.

Nəticədə “Böyük bağ” ərazisində yerləşən heykəl gecə saatlarında, ictimaiyyətə heç bir məlumat verilmədən sökülüb, yerində isə dekorativ ağaclar əkilib. Lakin mediada yayılan xəbərlər, eləcə də Bakıda rəsmi dairələrin ciddi reaksiyası, təzyiqi və xəbərdarlığından sonra Nəcəfli vəziyyətdən çıxış yolu kimi söküntü işlərinə “abadlaşdırma” adı verməyə məcbur olub və heykəlin yenidən əvvəlki yerinə qaytarılmasını təmin edib. Halbuki, həmin ərazidə nə abadlaşdırmaya, nə də heykəlin təmirinə heç bir real ehtiyac və ya zərurət mövcud olmayıb.

Həmin axşam mediada yayılan xəbərlərdə deyilirdi:

image-bos-jpg

“Heykəl bu gün axşam saatlarında sökülərək oradan aparılıb. Naxçıvanın rəsmi qurumlarından bildirilib ki, heykəlin yerində nə olacağı hələ dəqiq bilinmir. Qeyd edək ki, heykəlin yerində ağac əkiblər.”

Paytaxt Bakının mərkəzində möhtəşəm abidəsi ucaldılan, adına rayon və metro stansiyası olan Nəriman Nərimanovun heykəlinin Naxçıvanda sökülməsi muxtar respublika sakinləri tərəfindən Nəcəflinin dayaz düşüncəsinin, tarixi savadsızlığının və idarəetmədə şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmasının bariz nümunəsi kimi qiymətləndirilib.

Qeyd edək ki, Nəriman Nərimanov (1870–1925) Azərbaycan xalqının görkəmli dövlət xadimi, ziyalı, həkim, yazıçı və maarifçisidir. O, XX əsrin əvvəllərində Azərbaycanın siyasi, ictimai və milli taleyində mühüm rol oynamış tarixi şəxsiyyətlərdəndir. Nərimanov sovet hakimiyyəti daxilində fəaliyyət göstərsə də, Azərbaycanın milli maraqlarını qorumağa çalışan nadir siyasi xadimlərdən biri olub və mərkəzin — Moskvanın — Azərbaycanın əleyhinə olan bir çox qərarlarına açıq şəkildə etiraz edib.

image-nerimanov-jpg

Xüsusilə Naxçıvanın Azərbaycan tərkibində saxlanılması, eləcə də Qarabağ və Zəngəzurla bağlı müzakirələrdə Nərimanovun mövqeyi həlledici əhəmiyyət daşıyıb. O, Naxçıvanın Ermənistana verilməsinə qəti şəkildə qarşı çıxıb və bu ərazinin Azərbaycanın ayrılmaz hissəsi olduğunu dönə-dönə bəyan edib. Məhz bu tarixi mövqeyinə görə Nərimanovun Naxçıvanda abidəsi ucaldılıb.

1920–1921-ci illərdə aparılan son dərəcə çətin siyasi danışıqlar zamanı Nərimanovun prinsipial mövqeyi Naxçıvanın taleyini müəyyənləşdirən əsas amillərdən biri olub. Elə buna görə də Naxçıvan əhalisi onu xilaskar siyasi şəxsiyyət kimi xatırlayır və abidə də bu tarixi minnətdarlığın rəmzidir.

image-nerimanov1-jpg

Xatıradq ki, Ulu Öndər Heydər Əliyev Nəriman Nərimanovu Azərbaycan tarixində milli dövlətçilik baxışını qoruyan görkəmli şəxsiyyət, milli maraqların müdafiəçisi kimi yüksək qiymətləndirib. Belə ki, Heydər Əliyev 1972-ci ildə Nərimanovun 100 illiyi münasibətilə keçirilən tədbirdə  deyib: “Nəriman Nərimanovun çıxılmaz bir dövrdə Azərbaycan xalqının milli maraqlarını müdafiə etmiş, öz dövrünün çətinliklərinə baxmayaraq Azərbaycan xalqının tarixi taleyində silinməz iz qoymuş görkəmli siyasi xadimdir”.

Vətəninfo.az İnformasiya şöbəsi

 

 

 

Seçilən
17
1
veteninfo.az

2Mənbələr