AZ

İranda baş verən hər bir qeyri-sabitlik birbaşa regiona təsir edir



İranda etirazlar təkcə daxili narazılıq kontekstində deyil, regional sabitlik baxımından da həssas məsələdir. Tarix göstərir ki, bu cür proseslərə kənar müdaxilələr dövlət institutlarının zəifləməsinə, uzunmüddətli siyasi və iqtisadi böhrana yol açır. İran bizim qonşumuzdur və orada baş verən hər bir qeyri-sabitlik birbaşa regiona təsir edir. Qonşu dövlətlərin suveren, müstəqil və sabit olması Azərbaycanın da maraqlarına uyğundur. Eyni zamanda, İranda yaşayan milyonlarla azərbaycanlının bu proseslərdə alətə çevrilməsi arzuolunan deyil. Mövcud vəziyyətə emosional deyil, məsuliyyətli və siyasi reallıqlar prizmasından yanaşmaq daha doğru mövqedir.

Ehtiram Mehdiyev
Seçilən
21
1
newscenter.az

2Mənbələr