Bakı. Trend:
Fransada “Qoretti” siklonu ilə əlaqədar 380 minə yaxın evelektrik təchizatından məhrum olub.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
İşıqsız qalan evlər əsasən Normandiya bölgəsində yerləşir(266,200). Bundan başqa Bretanda 21 min evin, Pikardiyada 18, 500evin, İl-de-Frans bölgəsində isə 13,500 evin elektrik təchizatınınkəsildiyi bildirilir.
Siklonun səbəb olduğu əlverişsiz hava şəraiti ilə əlaqədarfəsadların aradan qaladırılmasının bir neçə gün çəkəcəyideyilir.
Təkcə Manş departamentində küləyin sürəti saatda 210 kilometrəçatır.