AZ

"Qarabağ" mövsümün ikinci hissəsinə hazırlaşır

Bakı, 9 yanvar, AZƏRTAC

"Qarabağ" mövsümün ikinci hissəsinə hazırlıqlarını davam etdirir.

AZƏRTAC xəbər verir ki, komanda hazırlığın ilkin mərhələsini Bakıda keçirir. Bu gün “Azersun Arena”nın təlim-məşq bazasında media nümayəndələri üçün açıq məşq təşkil olunub.

Hazırlıq prosesinin ikinci mərhələsi yanvarın 10-dan 17-dək Türkiyənin Antalya şəhərində davam etdiriləcək.

Qeyd edək ki, "Qarabağ" Misli Premyer Liqasında mövsümünün ilk yarısını ikinci pillədə başa vurub.

Seçilən
46
azertag.az

1Mənbələr